FHN Bakıda reyd keçirib, binaların yaxınlığındakı süni maneələr demontaj olunub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 21 iyun tarixində məlumat verir.
Son zamanlar paytaxt ərazisində baş vermiş yanğın hadisələri ilə mübarizə zamanı yanğından mühafizə bölmələrinin çevik və effektli fəaliyyət göstərməsinə mane olan bir sıra faktlar aşkar olunub. Belə ki, təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni maneə yaradan hallar kimi müəyyən edilib. Faktların aşkar edilərək aradan qaldırılması məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri tərəfindən birgə reydlər keçirilib.
Paytaxtın Yasamal rayonunda keçirilən reydlər zamanı görülən tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.