Abşeron və Şəmkirdə qanunsuz tikintilərin qarşısı alınıb. Bu barədə 10 avqust tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Şəmkir rayonunun Abbaslı kəndi ərazisində vətəndaşın müvafiq icazəverici sənədləri olmadan tikinti işləri apardığı aşkar edilib.
Qanunsuz inşa edilən tikili sökülüb.
Həmçinin Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər sökülərək ərazi nəzarətə götürülüb.
[playlist type="video" tracklist="false" ids="125107"]