Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər, o cümlədən Lənkəran şəhərində intihar etmək istəyən 1 nəfər xilas edilib. Bu haqda 2 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, aprelin 1-də “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 52 yanğına çıxış həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.