Ötən sutkada 46 yanğına çıxış olub. Ümumilikdə 7 nəfər xilas edilib. Bu barədə aprelin 11-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
O cümlədən, Bakının Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkdakı dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.