Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söndürülüb.
Bu barədə İnsanoid bu gün, 27 sentyabr tarixində FHN-ə istinadən xəbər verir.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğın qısa zamanda söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
[gallery link="file" size="full" ids="132761,132759,132760"]