FHN zəlzələ ilə bağlı açıqlama verib. Bu barədə İnsanoid FHN Mətbuat Xidmətinə istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68 km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.
"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.