Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib. O bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəz edib. Bu barədə İnsanoid bu gün, 13 may tarixində xəbər verir.
Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.
Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.