Azərbaycanda tanınmış filoloq, professor Seyfəddin Qəni vəfat edib. Bu barədə 17 yanvar tarixində Qadqazinfo.az-a istinadən xəbər veririk.
Filologiya elmləri doktoru S.Qəni ötən gün xəstəlik səbəbindən 71 yaşında dünyasını dəyişib. O, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, professor Seyfəddin Qəni Yazıçılar və Aşıqlar Birliyinin üzvü olub.