"Alpin" komandasının pilotu Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, 27 yaşlı fransalı sürücünün bolidi sərbəst yürüş zamanı yanıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Daha sonra yanğınsöndürənlər onun avtomobilini söndürüblər.