"Formula 1" üzrə Azərbaycan Qran Prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb. Bu barədə Report 26 aprel tarixində xəbər verib.
Dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.
DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcəklər.
Bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.