Fransada Xurşidbanu Natəvanın da heykəlinin olduğu parkda Azərbaycanla bağlı bütün istinadlar götürülüb. Bu barədə İnsanoid Azernews-a istinadən bu gün, 27 dekabr tarixində xəbər verir.
Dekabrın 18-də müxalifət nümayəndələri Bələdiyyə Şurasından parkla bağlı bütün yazıların rəsmən silinməsini tələb ediblər.
Onların tələbi “Azərbaycanın sentyabr aqressiyası” adlandırdıqları “diqtə”lərdən irəli gəlib. Ermənipərəst mer Josiane Ley bildirib ki, parklar və digər yerlər də daxil olmaqla Azərbaycanla bağlı bütün istinadlar artıq aradan qaldırılıb.
Parkın rəsmi açılışı 3 iyun 2017-ci il tarixində olmuşdur. Azərbaycan parkının və “Dostluq bulağı”nın açılışından sonra parkda görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi də baş tutmuşdur.