Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirirlər. Bu barədə 13 yanvar tarixində Report xəbər yayıb.
Bu ölkədəki Azərbaycan icması Fransanın Evian le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.
Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.
Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəli, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediyasının diqqətinə çatdırır.
Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.
Etiraz aksiyasına Fransanın və Avropanın müxtəlif şəhərlərində - Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.
Əraziyə təhlükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.