top
Fransadakı irqçilik qalmaqalı azərbaycanlıların iddialarını təsdiqlədi
05 noyabr 2022, 10:53
- ↺ +

Fransadakı irqçilik qalmaqalı azərbaycanlıların iddialarını təsdiqlədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AZfront Telegram kanalı yazır: İrqçilər “irqçiliyin açıq-aşkar təbliğatını apardıqları bizim (seçki) institutlarda mərkəzi yer tuturlar”, - deyə noyabrın 4-də Parisin 18-ci rayonunun mer müavini və Sosialist partiyasının mətbuat katibi Qabriyel Siri-Uari bildirib.

Noyabrın 3-dən Fransanın siyasi elitası görünməmiş qalmaqal ilə sarsılıb. Bu, Milli Asambleyanın adi bir debatı zamanı başlayıb. Deputatlardan biri həmkarlarının diqqətini Aİ-nin sahilyanı ölkələrinin öz ərazilərinə buraxmağa imtina etməsi səbəbindən Aralıq dənizində ilişib qalan 234 miqrantın ağır vəziyyətinə çəkib. Həmin millət vəkili belə bir sual verib: “Fransa hökuməti bu məsələ ilə bağlı hansı tədbirlər görəcək?” Buna cavab olaraq "Le Rassemblement National" partiyasından (Milli Asambleyada 88 yerə sahibdir) olan deputat Qrequar de Furnas: “Qoy Afrikaya qayıtsınlar!” - sözlərini deyib.

Göründüyü kimi, xalq tərəfindən seçilmiş bir çox siyasətçilər bu cür fikri dəstəkləyirlər. Noyabrın 4-də Avropa Parlamentinin eks-deputatı Jan-Lyuk Melanşon bu qalmaqallı insidentdən dərhal sonra Milli Asambleyanın iclaslarında nələrin baş verdiyi haqda danışıb. Onun sözlərinə görə, bir çox parlamentarilər “öz irqçiliklərini nümayiş etdirdilər, dəhlizlərdə gülərək dəhşətli zarafatlar edirdilər”. “Onlar həmişə olduqları kimidirlər – irqçi və faşistdirlər”, - deyə Melanşon əlavə edib.

Fransanın siyasi elitası arasında irqçi inancların yayılmasını aşkara çıxaran bu qalmaqal gözlənilmədən azərbaycanlıların iddialarını möhkəmlədir. 11 oktyabr tarixində Gəncədən olan ictimai fəal, 52 yaşlı Kubra Ələkbərovanın başçılığı altında Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan 10 sakinindən ibarət bir qrup vətəndaş Mesopinions.com ümumfransız saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına müraciət yerləşdirib (5 noyabr axşam saatlarına olan göstərici 83.000-dən çox imzaya bərabərdir). Bu, Senatın üzvlərinin Azərbaycanın beynəlxalq səviyyədə qınanmasını tələb etmək məqsədilə irəli sürülən qətnamə layihəsinə reaksiya oldu. Ələkbərova və onun həmfikirləri petisiyada yazıblar: “Qətnamə layihəsinin müəllifləri "münaqişənin yalnız bir tərəfinin, ermənilərin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin - milyonlarla azərbaycanlının qurbanlarına, ağrı və yaxınlarının itkisi hisslərinə və diləklərinə tamamilə biganə yanaşırlar. Və təqsirkar qismində yalnız bizi tanıyırlar. Bir millətin bu şəkildə dəstəklənməsi, digərinin isə ayrı-seçkiliyə məruz qalması və yetərincə əsas olmadan qınanması etnik dözümsüzlüyün və irqçiliyin aşkar nümayişidir!"

Ötən il "Musulmans en France" mediaresursu qeyd etmişdi ki, hələ 1885-ci ildə Fransanın o vaxtkı xarici işlər naziri Jül Ferri (onun quraşdırılmış heykəli indiyədək ölkənin şimal-şərqində, doğma şəhəri Sen-Dye-de-Voj şəhərində yerləşir) parlamentin deputatlarına nəsihət verirdi: "Açıq-aşkar demək lazımdır ki, aşağı təbəqələrdən fərqli olaraq yüksək təbəqənin hüquqları var, çünki onların vəzifə borcları var. Onlar aşağı təbəqəni sivilizasiyaya gətirib çıxarmağa borcludurlar".

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Bu gün, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Bu gün, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Bu gün, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Bu gün, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Bu gün, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Bu gün, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Bu gün, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Bu gün, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Bu gün, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Oxşar xəbərlər