"Fransa və İran İsrailin müttəfiqinə qarşı çıxdı". Bunu ABŞ-də çıxan “The Jewish Times” aparıcı yəhudi müstəqil həftəlik qəzeti öz analitik materialının başlığı kimi qeyd edib.
Bu barədə 31 oktyabr tarixində AZfront Telegram kanalı məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Azərbaycana qarşı sanksiyalar və Ermənistana silah tədarükünün başlanması haqqında qətnamə layihəsini Senatın müzakirəsinə təqdim edən fransız siyasətçilərinin hərəkətləri İsrail, qərb ölkələri və Fars körfəzinin ərəb dövlətləri üçün birbaşa təhdiddir.
Orada adıçəkilən qətnamə layihəsi absurd adlandırılıb və Fransanın “Mesopinions.com” səsvermə saytında dərc edilmiş, Azərbaycan xalqı adından Senata və Fransa xalqına yönəlmiş petisiya haqqında bəhs edilib.