Futzal üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün, 22 mart tarixində Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək. Bu haqda İnsanoid məlumat verir.
Komanda Fransa yığması ilə qarşılaşacaq.
Qarşılaşma Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərində, “Pejara” idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 5-ci qrupun digər oyununda meydan sahibləri ilə Yunanıstan millisi üz-üzə gələcək.
Hakimlər: Piter Ners (İngiltərə), Martin Koster (Danimarka), Norbert Siladi (Macarıstan).