Keçmiş məcburi köçkünlərin növbəti köç karvanı Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə yola salınıb. Bu barədə 24 noyabr tarixində Report məlumat verib.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 72 nəfər köçürülür.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.
[gallery link="file" size="full" ids="139046,139047,139048"]