Füzuli rayonunun Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən və İmişli rayonunun Xubyarlı kəndi ərazisindən qanunsuz qum-çınqıl daşındığı aşkar edilib.
Bu barədə 31 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Qum-çınqıl qarışığının Füzuli rayonunda İmişli rayon sakini Cavid Fərzəliyev tərəfindən ekskavatorla qazılaraq “Kamaz” markalı, 11-BG-634 və 17-BF-224 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən çıxarıldığı, İmişli rayonunun Xubyarlı kəndi ərazisindən Yevlax rayon sakini İlham Məhərrəmov tərəfindən daşındığı məlum olub.
Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
[gallery link="file" size="full" ids="123762,123761"]