Zəfər yolu qardan təmizlənir. Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
Məlumata görə, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Agentlik sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir.