Füzuli rayonunda müxtəlif təyinatlı silahlar tapılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 yanvar tarixində xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 8 avtomat və 3 qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları 1 ədəd snayper və 1 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.