Füzuli rayonunun Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktor minaya düşüb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Dekabrın 7-də saat 10:00 radələrində baş vermiş partlayış nəticəsində traktorun sürücüsü, 29 yaşlı Zamin Həsənli xəsarət alıb.
O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.