Füzuli rayonunda azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub. Bu barədə 20 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.
Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Qərara əsasən, o, 25 gün müddətinə inzibati qaydada həbs edilib.