Ağdam melioservis idarəsi Füzulidə beton kanal çəkir. Bu barədə oktyabrın 27-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatından bildirilib.
İdarə tərəfindən bu günə qədər Füzuli rayonunun Gecəgözlü kəndi ərazisindən keçən Qurultay arxının 1 170 metrdən artıq hissəsinin beton üzlüyə alınması işləri yerinə yetirilib. Hazırda kanalda son tamamlama işləri görülür.
Qeyd edək ki, Ağdam Melioservis İdarəsi Ağdam rayonu ərazisində yerləşir. İndiyə qədər Ağdam rayonu ərazisində 40 min kubmetr, Bərdə rayonunda isə 25 min kubmetr həcmdə torpaq kanallar lil və kol-kosdan təmizlənib.