Füzuli rayonunun İkinci Mahmudlu kəndi ərazisində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə kompleksi açılıb. Bu barədə noyabrın 7-də RİH-dən məlumat verilib.
Kompleksə 14 şəhidin şəkilləri və məlumatları yerləşdirilib. Onlardan 10-u 1-ci Qarabağ müharibəsinin, 4-ü isə 2-ci Qarabağ müharibəsinin şəhidləridir.
Tədbirdə icra başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.