Füzuli rayonunda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsinə ucaldılmış abidənin də açılışı olub. Bu barədə noyabrın 5-də Qafqazinfo xəbər yayıb.
Abidənin açılışı rayonun 6 saylı Qayıdış qəsəbəsində baş tutub. Abidədə Qayıdış qəsəbəsində yaşamış 4 nəfər Vətən müharibəsi şəhidinin - Quliyev Elnur Eldar oğlu, Rzayev Nurlan Usub oğlu, Cəfərov Şəmsi Mahir oğlu, Ağayev Elmir Rasim oğlunun şəkilləri və məlumatları əks olunub.
Qeyd edək ki, Füzuli rayonunun Vətən müharibəsində 78 şəhidi var. 6 saylı Qayıdış qəsəbəsində Vətən müharibəsinin 4 şəhidinin ailəsi yaşayır.