Füzulidə transformatordan toyuq yumurtaları götürən qadını cərəyan vurub. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Noyabrın 29-da 1969-cu il təvəllüdlü Füzuli rayon sakini Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.