Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.
Köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərin açarlarının təqdimat mərasimi keçirilib.
İndiyədək Füzuli şəhərində 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.