Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına bir milyon manat ayrılıb. Bu barədə 9 aprel tarixində Sərəncam imzalanıb.
Sərəncama əsasən, vəsait sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin Avropa çempionu olması ilə əlaqədar ayrılıb.