Qanunsuz yolla gətirilən dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb. Bu barədə aprelin 7-də Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bakı-Qazax istiqamətində hərəkətdə olan “Hyundai elantra” markalı avtomobil Yevlaxda saxlanılıb və gömrük postuna gətirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə karton qutularda olan müxtəlif markalı dərmanlar - 43 526 həb, 80 ədəd iynə və digər vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="2" link="file" size="full" ids="41294,41295"]