Daxili İşlər Nazirliyi Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib. Məsələ ilə bağlı polis leytenantı Eşqin Qasımov APA-ya məlumat verib.
Onun sözlərinə görə, müvafiq araşdırmalara başlanılıb və hadisəyə hüquqi qiymət veriləcək.
***
10:12
Gəncədə 16 yaşlı qız uşaq dünyaya gətirib. Bu haqda aprelin 11-də APA məlumat yayıb.
Şəhər sakini körpəni Abbas Səhhət adına xəstəxanada doğub. Aparılan araşdırmalar nəticəsində qızın 14 yaşında ərə getdiyi bilinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.