Gəncə şəhərində avtoxuliqanlıq edən şəxs saxlanılıb. Bu haqda aprelin 7-də APA məlumat yayıb.
“VAZ” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən şəxs barəsində Gəncə şəhər BPİ DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə o, sürücülük hüququndan 1 il müddətinə məhrum olunub və 500 manat miqdarında cərimə edilib.