Gəncənin Atatürk prospektində aprelin 13-də ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA xəbər verib.
"VAZ 2107" markalı minik avtomobili iki piyadanı vurub. Yaralılar xəstəxanaya çatdırılıb, lakin onlardan biri dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.