Aprelin 12-də əsən güclü külək Gəncənin Adil Ziyadxanov küçəsində yanğına səbəb olub. Bu barədə APA məlumat verib.
İlkin məlumata əsasən, yüksək gərginlikli elektrik xəttində qısaqapanma olub.
Hazırda alovun söndürülməsi istiqamətində işlər davam edir.
Bununla yanaşı, hadisə nəticəsində bəzi ərazilərə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb. Həmçinin işıqforlar işləmir, bu isə tıxacın yaranmasına səbəb olub.