İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil ediləcək. Bu haqda Nazirliyin saytında 6 aprel tarixində məlumat verilib.
Könüllülər sırasına qoşulmaq üçün Nazirliyin rəsmi səhifəsindəki “Könüllü fəaliyyəti” bölməsindəki müraciət formasını doldurmaq və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim etmək lazımdır.
Müraciət üçün son tarix 30 aprel 2022-ci ildir.
Könüllü fəaliyyət müddəti 3 ay olacaq. Qarşılıqlı razılıqla bu müddət uzadıla da bilər. Könüllülük müddəti bitdikdən sonra gənclərə sertifikatlar veriləcək.
Məlumatda qeyd olunub ki, seçim zamanı ingilis və rus dillərini bilən, kompüter bilikləri olan və dövlət qulluğu vəzifələri üzrə müvafiq sertifikata malik namizədlərə üstünlük veriləcək.