Bakıdan Gədəbəy rayonunun Şəkərbəy kəndinə qonaq gedən şəxs bıçaqlanıb. Bu barədə 8 iyun tarixində Report məlumat verib.
Məlumata görə, 1987-ci il təvəllüdlü Xəyal İsmayılov mübahisə zəminində bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin qohumu, 1979-cu il təvəllüdlü Rəşad Cabbarovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.