Gədəbəy rayonunun Zamanlı kəndində 58 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bu barədə 5 iyul tarixində Report məlumat verib.
Məlumata görə, 1965-ci il təvəllüdlü Fazil İsgəndər oğlu Aslanov şəxsi evində iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.
Elektrik cərəyanı vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.