Gədəbəydə yanğın olub. Bu barədə 3 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Gədəbəy rayonunun Çiçəkli kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.