Gədəbəy şəhərinin Heydər Əliyev prospektində avtomobil 11 yaşlı uşağı vurub, yeniyetmə həlak olub. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Əslən Gədəbəydən olan Rusiya vətəndaşı Abbasov Məhəmməd Səmaləddin oğlu etibarnamə ilə idarə etdiyi avtomobillə yolu keçmək istəyən 11 yaşlı İsmayılzadə Yusif Şaiq oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.