Gədəbəydə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 yanvar tarixində Report məlumat verib.
1984-cü il təvəllüdlü Nicat Allahverdiyev idarə etdiyi "VAZ-21214" markalı avtomobillə Gədəbəy şəhərinin 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən 57 yaşlı piyada Fazil Şirinovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.