Gədəbəy rayonunun Düz Yurd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 29 aprel tarixində Report məlumat verib.
Belə ki, Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Səfərov Sezar idarə etdiyi avtomobili aşırıb. O, qəza nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.