Gədəbəy rayonunun Maarif kəndində piyadanın ölümü ilə nəticələnən qəza olub. Bu barədə oktyabrın 26-da İnsanoid Report-a istinadən xəbər verir.
Yolu qarşı tərəfə keçmək istəyən Gədəbəy rayon sakini V.Qasımovu "VAZ-21011" markalı avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.