Gədəbəydə avtomobil dörd məktəblini vurub. Bu barədə APA xəbər yayıb.
Hadisə rayonun mərkəzində baş verib. Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən dörd məktəblini vurub.
Onlardan ikisi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirliblər, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Report-un xəbərinə görə, daha bir qəza Gədəbəyin Zəhmətkənd kəndində baş verib.
Hərəkətdə olan minik avtomobili 7 yaşlı uşağı və daha bir azyaşlı piyadanı vurub. Qəza zamanı avtomobildə olan iki sərnişin də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.