Gədəbəy Rayon Polis Şöbəsinə Tovuz rayon sakini Cavid Qasımovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi haqda məlumat daxil olub. Bu barədə 28 fevral tarixində APA məlumat verib.
Cavid Qasımova xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.