Gədəbəydə bədbəxt hadisə baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 25 may tarixində xəbər verir.
Rayonun Arıqıran kəndində 60 yaşlı Şahbaz Məhərrəmov usta işlədiyi yerdə yıxılıb.
O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.