Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapılıb. Bu barədə 13 noyabr tarixində APA Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Yanğınsöndürənlər yanğın zamanı bir qutu qızıl tapılıb. Sözügedən qutu sahibinə verilib.
Belə ki, Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.
Qeyd olunub ki, yanğın söndürülüb.
[playlist type="video" tracklist="false" ids="137685"]