Gədəbəy rayonunda yanğın olub. Bu barədə 19 iyun tarixində APA məlumat verib.
Belə ki, Çaldaş kəndində “KamAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.