Gələn il Bakı-Sumqayıt-Bakı istiqamətində yeni ekspres qatar xəttə buraxılacaq. Bu barədə Report 12 dekabr tarixində xəbər verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, yeni qatarlar 5 vaqondan ibarət olacaq:
“Bu il artıq 5 vaqondan ibarət qatar xəttə buraxılıb. Sonra da həmin qatarda vaqonların sayını 7-yə qaldırdıq. İlin sonuna qədər daha bir vaqon əlavə edib, bu rəqəmi 8 vaqona çatdıracağıq”.