Gələn ilin dövlət büdcəsində Azərbaycanda xarici yardımlar üçün 13,5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Bununla bağlı 25 oktyabr tarixində Milli Məclis məlumat yayıb.
Qeyd olunub ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla 2022-ci illə müqayisədə 5,2%, 2021-ci illə müqayisədə isə 16,4% çoxdur.