Lənkəranda zəhərlənmə hadisəsi baş verib. Bu barədə İnsanoid Baku Tv-yə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Evin gəlini Marifə Babayeva bazardan 3 gün əvvəl aldığı ərzaqlarla tort bişirib. İyunun 16-da ailə səhər yeməyində həmin tortdan yeyib.
Nəticədə 5 nəfər zəhərlənib. Onların arasında 2 azyaşlı da var. Onlardan birinin vəziyyəti qənaətbəxşdir.
Hazırda zəhərlənənlərin müalicəsi davam edir.