Azərbaycanda baş tutan toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
DİN və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qızın bu izdivaca məcbur edildiyinin aydın şəkildə göründüyü sözügedən kadrlarla bağlı artıq araşdırma aparıb.
Məlum olub ki, toy mərasimi 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirilib.
Tərəflər arasında yaranan mübahisəyə səbəb isə 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox, məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazid hal, yaxud kriminal tərkib müəyyən edilməyib.
[video width="1080" height="1920" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/01/Sequence-02_11.mp4"][/video]