Gəncədə qətl hadisəsi olub. Bu barədə 27 noyabr tarixində Report məlumat verib.
Gəncə şəhərinin Şahsevənlər küçəsi, 106 ünvanında 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsindən 1 bıçaq xəsarəti alıb və yerindəcə dünyasını dəyişib.
Məlumata görə , şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən onun qardaşı Əli Allahverdizadədir.
O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.